29 Aprel 2015 19:42
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uçuşları idarəetmə mərkəzindən verilən məlumata görə, “Proqres M-27M” kosmik yük gəmisi ilə əlaqəni bərpa etmək mümkün olmasa o, orbitdən çıxarıla bilər.

Mərkəzin əməkdaşları kosmik gəmidə idarə etmənin bərpa olunması istiqamətində cəhdlərini davam etdirirlər.

“Soyuz” daşıyıcı-raketi vasitəsi ilə Baykonur kosmodromundan havaya qaldırılan “Proqres” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya yanacaq, oksigen, elmi təcrübələr üçün avadanlıq, kosmonavtlar və astronavtlar üçün bağlamalar, həmçinin ərzaq çatdırmalı idi. Lakin kosmik gəmi havaya qalxan andan onunla əlaqə kəsilib. Gəmi ilə əlaqənin bərpası istiqamətində indiyə qədər aparılan bütün cəhdlər uğursuzluqla nəticələnib.


Müəllif: