29 Aprel 2015 20:25
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının prezidenti Cen Klaude Junker İtaliya tərəfindən həyata keçirilən "Mare Nostrum" əməliyyatına son qoyulmasını tənqid edərək onu "ciddi bir xəta" adlandırıb.

Junker miqrantlarən üzünə qapıların açılmasını və onlarla bağlı kvota müəyyənləşdirilməsini vacib sayıb. Livan və qonşu ölkələrdəki dözülməz durumdan xilas olmaq üçün Avropaya qaçan insanlar gəldikləri yolda - Aralıq dənizində risklərlə üzləşirlər. Təkcə 2015-ci ildən bəri 700 miqrant dənizdə həlak olub.

Aylıq xərci 9 milyon avro olan "Mare Nostrum" xilasetmə əməliyyatı Avropa Birliyi tərəfindən dəstəklənmədiyi üçün dayandırılıb.

"Mare Nostrum" proqramı Aralıq dənizinin 70 min kilometrlik ərazisini əhatə edir.

Ayxan


Müəllif:

Oxşar xəbərlər