1 May 2015 09:27
1 865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəzarətdən çıxmış Rusiyaya məxsus “Proqress M-27” adlı kosmik gəmi Yer kürəsinə düşəcək.

Teleqraf.com sozcu.com.tr-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Kosmik Stansiyası yayıb.

Məlumata görə, aprelin 28-də Qazaxıstandan səmaya buraxılan kosmik gəmi bir müddət sonra nəzarətdən çıxıb və Yerə doğru yönəlib. Stansiya “Proqres”in mayın 7-11-i tarixlərində atmosferə daxil olacağını bildirib. Onun düşəcəyi yer hələ dəqiqləşdirilməyib.

Rusiya Kosmik Stansiyası isə kosmik gəminin dünya atmosferinə girərkən heç bir təhlükə törətmədiyini və fəzada olarkən parçalanacağını açıqlayıblar.

Qeyd edək ki, “Proqres” kosmik gəmisi Rusiyaya 50,7 milyon dollar başa gəlib.

Samir


Müəllif:

Oxşar xəbərlər