7 May 2015 12:45
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnkişaf etmiş ölkələr arasında doğuş zamanı ana ölümü ABŞ-da daha yüksəkdir.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bununla bağlı məlumat "Save the Children" təşkilatının dərc etdiyi hesabata öz əksini tapıb. Hesabata görə, burada doğuş zamanı ölüm riski normal Avropa ölkəsindən 10 dəfə çoxdur. Təşkilat ABŞ-ın bu məsələ ilə bağlı ciddi tədbirlər görmədiyini və ötən ilə nisbətən bu il ölüm hallarının iki dəfə çoxaldığı bildirib. 2014-cü ilin statistikasına əsasən hər 1000 doğuşa 6,6 ölüm halı qeydə alınıb.

Sənəddə ABŞ-da ştatlar və bölgələr arasında da doğuş zamanı ölüm halalrının sayında fərqlərin müşahidə olunduğu açıqlanıb. Qeyd edilir ki, təkcə Vaşinqtonun yoxsul bölgələrində ölüm halları varlı rayonlardan 10 dəfə çoxdur.

Təşkilat həmçinin bu sahədə Avropada da ürəkaçan rəqəmlərin olmadığına diqqət çəkib. Avropada isə Norveç, Finlandiya, İslandiya, Danimarka və İsveç ana ölümünə görə lider ölkələrdir.

Samir


Müəllif:

Oxşar xəbərlər