9 May 2015 00:09
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlarda malyariya xəstəliyi yaradan təhlükəli parazitlər əleyhinə mübarizə üçün nəzərdə tutulan yeni vaksinin sınaqları müsbət nəticə verib.

Oksford Universiteti tərəfindən hazırlanmış vaksin sınaqlar zamanı 67 faiz effektiv olduğunu göstərib.

Statistikaya əsasən, Afrikada malyariya hər il yüzlərlə uşağın həyatına son qoyur. Bu vaksin məhz onların müdafiəsi üçün nəzərdə tutulur.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2013-ci ildə malyariyaya 198 milyon yoluxma halı və bu xəstəlikdən 584 ölüm faktı qeydə alınıb.


Müəllif:

Oxşar xəbərlər