10 May 2015 10:17
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkənddə mayın 9-da Xatirə və Ehtiram Günü kimi qeyd olunur. Bu münasbətlə dünən bayram tədbirləri keçirilib.

Özbəkistan Prezidenti İslam Kərimov, hökumətin, parlamentin üzvləri, səfirlər və ictimaiyyət nümayəndələri Daşkəndin mərkəzindəki “Kədərli ana” abidəsinə və naməlum əsgərin məzarı önünə əklillər və çiçək dəstələri qoyublar. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və səfirliyinin əməkdaşları da iştirak ediblər.

İslam Kərimov mərasimdə jurnalistlərə bildirib ki, müharibə başlayanda cəmi 6,5 milyon əhalisi olan Özbəkistan cəbhəyə 1 milyon 500 min əsgər verib, onların da təxminən 500 min nəfəri həlak olub. Yüz minlərlə adam cəbhədən əlil qayıdıb. Prezident vurğulayıb ki, o illərdə müharibə zonasından Özbəkistana əksəriyyəti uşaq olmaqla bir milyon adam göndərilib.

Xatirə və Ehtiram günü Özbəkistanın bütün vilayətlərində qeyd olunub.


Müəllif:

Oxşar xəbərlər