Şimali Koreya sualtı qayıqdan ballistik raket sınağı keçirib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Jongun birbaşa izlədiyi ballistik raket sınağı uğurlu keçib.
Şimali Koreya lideri ölkəsinin suverenliyini pozmağa cəhd edəcək düşmən qüvvələrini istənilən dənizdə yox etməyə qadir bir silaha sahib olduğunu bəyan edib. Təhlükəsizlik mütəxəssisləri hesab edir ki, Şimali Koreyanın sualtı qayıqlardan ballistik raketi atma qabiliyyətinə sahib olması təhlükəni artırır. Qeyd olunur ki, qurudan atılan raketlərlə müqayisədə sualtı qayıqdan atılan raketləri əvvəlcədən müəyyənləşdirmək çətindir.
BMT Təhlükəsizlik Şurasının qərarları ilə Şimali Koreyaya ballistik raket texnologiyasını inkişaf etdirmək qadağan olunub.