14 May 2015 09:40
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Senatı 1915-ci il hadisələrinə dair erməni iddialarını rədd edib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Kataloniya bölgəsində fəaliyyət göstərən “Entesa” adlı siyasi qrupun mayın 4-də təqdim etdiyi sənəd bu gün Senatda səsverməyə çıxarılıb. Nəticələrə görə, 130 senat üzvü sənədə rədd cavabı verib, 14-ü qəbul edib, qalan 68 nəfər isə bitərəf qalmağı üstün tutub.

Senatda çıxış edən senator Xose Kaeriya Çiquillo bu məsələnin tarixçilər tərəfindən araşdırılmasının vacibliyini vurğulayıb: “Biz parlament olaraq, özümüzü tarixçilərin və ya məhkəmənin yerinə qoya bilmərik. Sənədi təqdim edənlər bu “soyqırım”ın 22 ölkə tərəfindən tanıdığını deyir. Mən isə bunu 168 ölkənin tanımadığını deyirəm. Buna nə cavab verəcəksiniz? Soyqırım demək asan deyil. Tarix və hüquq bu məsələni həll etməlidir”.

Senator İspaniyanın yalnız Türkiyə və Ermənistan arasında qarşılıqlı dialoqun keçirilməsinə dəstək olacağını deyib.

Samir


Müəllif: