17 May 2015 13:26
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatası 2016-cı maliyyə ili üçün Milli Müdafiə Səlahiyyət Qanununu qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qanuna görə, İraq üçün nəzərdə tutulan 715 milyon dollarlıq silah dəstəyinin ən azı 25 faizi Peşmərgə gücləri və yerli sünni təhlükəsizlik güclərinə birbaşa göstəriləcək.

Silahların qalan hissəsi İraq hökumətinin demokratik addımlar atıb-atmadığı nəzərə alınaraq ABŞ Xarici və Müdafiə Nazirliklərinin razılığından sonra göndəriləcək. İraq hökuməti meyarlara uyğun gəlməyəcəyi halda qalan silahların 60 faizi də Peşmərgə gücləri və sünni qruplara veriləcək.

Xatırladaq ki, Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzaninin mayın 3-də etdiyi ABŞ səfərində əsas müzakirə mövzularından biri kürdlərə birbaşa silah yardımının edilməsi olub.


Müəllif:

Oxşar xəbərlər