21 May 2015 22:13
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis polisi uşaq təcavüzü qalmaqalında aparılan istintaqla bağlı inanılmaz faktlar açıqlayıb.

Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, məlumatlarda adı çəkilən 1400 nəfər arasında siyasətçi və televiziya ulduzlarının da olduğu bildirilib. Araşdırmalarda adı çəkilən şəxslərin 216 nəfərin hazırda həyatda olmadığı aydın olub.

İngiltərənin uşaq cinayəti ilə mübarizə xidmətinin rəisi Simon Bailey hadisə ilə bağlı açıqlama verib: “İstintaq 2012-ci ildə BBC-nin məhşur aparıcı Cimmi Savilenin yüzlərlə uşağa təcavüz etməsi məsələsinin ortaya çıxmasından sonra başlayıb. Hazırda uşaq təcavüzü ilə bağlı saysız şikayətlər alırıq. İndi əlimizdə 1400 şübhəlinin adı var. Ancaq bu aysberqin görünən tərəfidir. Biz onların hamısını istintaqa cəlb edəcəyik”.

Qeyd edək ki, yayılan məlumatlarda son üç ildə ölkədə uşaq təcavüzləri ilə bağlı şikayətlərin sayının 70 faiz artaraq 113 minə çatdığı deyilib.

Samir


Müəllif:

Oxşar xəbərlər