23 May 2015 18:33
539

Misir prezidenti Әbdulfǝttah ǝs-Sisinin iyunun ǝvvǝlindǝ Almaniyaya edǝcǝyi sǝfǝrǝ etiraz edǝn bir qrup misirli Berlindǝ nümayiş keçirib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Alman-Misir Birliyi tǝrǝfindǝn Federal Mǝclis binasının qabağında keçirilǝn nümayişǝ qatılanlar “Diktatorun Almaniyaya gǝlmǝsini istǝmirik!”, “General Sisiyǝ «yox» deyirik” şüarları sǝslǝndiriblər. Onlar Misirin qanuni seçki ilǝ hakimiyyǝtǝ gǝlmiş prezidenti Mǝhǝmmǝd Mursinin şǝkillǝri vǝ Misir bayraqları qaldırıblar.

Qeyd edək ki, Almaniya Federal Mǝclisinin sǝdri Lammert Sisi ilǝ keçirǝcǝyi görüşü Misirdǝki insan haqları pozuntularına görǝ lǝğv edib.

Samir


Müəllif: