23 May 2015 14:13
2 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada toyuq hərraca çıxarılıb.


Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin şimalında Hokkaido adasında təşkil edilən hərracda bir cüt toyuq 12 min 400 dollara satılıb.

Yaponiyada hər mövsümün açılışında hərrac qiymətlərinin yüksək olması həm bir adətdir, həm də iştirakçılara böyük bir prestij qazandırır.

Hərracda yüksək qiymətə yalnız toyuqlar təklif edilməyib. Belə ki, Yubari qovun növü 1.5 milyon Yapon yeninə satılıb. Bu qiymətə Yaponiyada təxminən bir avtomobil almaq olar. Yubani qovunu bu ölkədə çox qiymətli hədiyyə hesab edilir. Bu qovunlar kürə şəklində və üst hissəsi bəzəkli olur, onlar xüsusi qutularda satılır.


Onu da qeyd edək ki, Yaponiyada yalnız hərracda deyil, elə bazar və supermarketlərdə də meyvə, tərəvəzin qiyməti çox yüksəkdir. Belə ki, bu ölkədə bir alma 3 dollar, 20 qram albalı 100 dollardır. Ötən il Miyazakidəki hərracda bir manqo 2 min 500 dollara satılıb.


Müəllif:

Oxşar xəbərlər