Misirin seçilmiş ilk prezidenti Məhəmməd Mursi haqqındakı edam qərarına etiraz etmək üçün Fransanın paytaxtı Parisdə aksiya keçirilib.
Teleqraf.com xarci mediaya istinadən xəbər verir ki, Misir Demokratiya Birliyi tərəfindən Republique meydanında keçirilən mitinqə çoxlu adam iştirak edib. Etirazçılar "Mursi Misirin qanuni prezidentidir" və "Ədalət istəyirik" yazılı plakatlarla Mursi haqqındakı edam qərarına reaksiya göstəriblər.
Nümayiş insidentsiz başa çatıb.
Samir