25 May 2015 23:42
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada keçirilən prezident seçkilərinin yekunlarına dair ekzit-pollun məlumatı hər iki tərəfin seçki qərargahı üçün gözlənilməz olub.

PMF FM radiostansiyasında çıxış edən Ancey Dudanın seçki qərargahının rəhbəri Beata Şidlo kampaniyaya başladıqda heç kimin onlara şans vermədiyini, nəticələrin özlərini də təəccübləndirdiyini qeyd edib.

Bronislav Komorovskinin qərargahının başçısı Robert Tışkeviç isə qələbələrinə inandıqlarını, bu cür nəticəni isə heç kimin gözləmədiyini vurğulayıb. “Bizim kampaniyada nə isə çatışmadı və biz polyakları inandırmağı bacarmadıq”, - deyə o əlavə edib.

Ipsos tədqiqatlar mərkəzinin keçirdiyi ekzit-pollun nəticələrinə görə mayın 24-də Polşada baş tutan prezident seçkilərinin ikinci turunda müxalif “Qanun və ədalət” partiyasının namizədi Ancey Duda 52 faiz, hazırkı prezident Bronislav Komorovski isə 48 faiz səs toplayıb.

Dövlət Seçki Komissiyasının (DSK) 51 regional seçki komissiyasının 28-dən gələn bülletenlərin hesablanmasından sonra açıqladığı ilkin nəticələr də Ancey Dudanın qələbəsini təsdiqləyir. Belə ki, A. Duda seçicilərin 53,76, B. Komarovski isə 46,24 faizin səsini qazanıb.

DSK seçkilərin yekun nəticələrini bu gün axşam elan etməlidir.


Müəllif:

Oxşar xəbərlər