İraq ordusu Anbar əyalətinin azad edilməsi üçün İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı xüsusi əməliyyata başlayıb.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı İraq Müdafiə Nazirliyi açıqlama verib. Bildirilir ki, hücumlarda həm quru, həm də hava qoşunları iştirak edir.
Rəsmilər Anbarın azad edilməsinin ilk mərhələsi kimi terrorçuların Ər-Ramadidən çıxarılmasını vacib sayır.
Samir