Səudiyyə Ərəbistanı dünyada edam qərarlarının sayına görə birinci olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, son 5 ayda burada 88 edam hökmü gerçəkləşdirilib. Halbuki 2014-cü il ərzində bu rəqəm 87 idi.
Edam edilənlərin təxminən yarısı xarici ölkə vətəndaşıdır. 2015-ci ildə edam olunanlar arasında 8 yəmənli, 10 pakistanlı, suriyalı, iordaniyalı, myanmarlı, filippinli, hindli, çadlı və sudanlılar var. Edamların səbəbi isə əsasən, Səudiyyə Ərəbistanında tətbiq olunan şəriət qanunlarını pozmaq, narkotik ticarəti, təcavüz, din dəyişdirmə və silahlı soyğundur.
Samir