Fransanın keçmiş prezidenti Nikola Sarkozinin rəhbərlik etdiyi Xalq Hərəkatı partiyası səsvermə yolu ilə adını dəyişdirib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Sarkozinin çağırışı ilə keçirilən səsvermədə partiya üzvlərinin 83,28 faizi partiyanın “Respublikaçılar” adlandırılmasının lehinə səs veriblər. Ümumilikdə partiya üzvlərinin 45 faizi səsvermədə iştirak edib.
Qeyd edək ki, qarşıdakı prezident seçkilərində Sarkozi ilə baş nazir Alen Jüppe namizədliyini irəli sürmək niyyətindədirlər.
Samir