30 May 2015 17:52
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada ötən gün axşamdan təyyarə uçuşu üçün əlverişli olmayan hava şəraiti hökm sürür. Elə bu səbəbdən 2 sərnişin təyyarəsini Domodedovo aeroportunda enmə zamanı ildırım vurub.

ANS PRESS-in məlumatına görə, Özbəkistanın Fərqanə şəhərindən gələn "A-320" və Sankt-Peterburqdan gələn "Boeing-737" təyyarələri texniki zədə alıb. Zədələr laynerlərin uçuşdan sonraki müayinəsinin keçirilməsi zamanı aşkarlanıb.

Belə ki, "Boeing-737"də ildırım düşməsinin izləri sol hissədə müəyyən olunub və hava gəmisində sükanın konstruksiyasının elementlərinə zərər dəyib.

Bildirilib ki, hazırda Domodedovo və Şeremetyevo aeroportlarında hər şey qaydasındadır. Pis hava şəraitinə görə oradakı sərnişinlər təyyarələrdən buraxılmayıblar. Çünki tufan zamanı insanlara aerodromda olmaq qadağandır. Ləngimə 15-20 dəqiqədən iki saata qədər təşkil edib.

Xatırladaq, mayın 29-dan 30-na keçən gecə Moskvada leysan yağışları başlayıb və güclü tufan olub. Paytaxt xidmət orqanları gecə-gündüz növbəli iş rejiminə keçib.


Müəllif:

Oxşar xəbərlər