Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr Hələb şəhərində müxalifətin nəzarətində olan bölgələri bombalayıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı ən azı 30 nəfər həyatını itirib. Bununla bağlı Suriya Yerli Koordinasiya Komitəsi açıqlama verib.
Məlumata görə, ölənlər arasında dinc sakinlər, xüsusən də qadın və uşaqlar üstünlük təşkil edir.
Samir