“Krım dünya üçün ən böyük təhlükələrdən biridir”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
Onun sözlərinə görə, Krımın Rusiyaya ilhaqı dünya ölkələrini üz-üzə qoyub: “Soyuq müharibədən 25 il sonra Krımın ilhaqının dünya nızamını pozacağına, Ebola virusunun Afrika ölkələrini viran qoyacağına və ya İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının Yaxın Şərqdə iki ölkə arasında xilafət elan etməyə çalışacağına kim inana bilərdi? Bunların həlli istiqamətində xüsusi addım atılmalıdır”.
Samir