FTB ABŞ-da federal qurumlardan birində kibertəhlükəsizliyin pozulması insidentinin istintaqına başlayıb.
Quruma kibermüdaxilə nəticəsində 4 milyon keçmiş və hazırki ABŞ federal məmurları haqqında məlumatlar sızıb.
Agentlik qeyd edir ki, haker hücumu Çindən gələ bilər.
"Associated Press"in əldə etdiyi məlumata görə isə Obama administrasiyası qurumun bazasının sındırılması nəticəsində ziyanı müəyyənləşdirməyə çalışır. Agentliyin konqresdə olan anonim mənbəsinin dediyinə görə, ABŞ federal hakimiyyətinin personal üzrə məlumatları idarəetmə mərkəzinə kibermüdaxilə olub. Mənbə qeyd edir ki, sistemə kənar giriş ABŞ federal qurumlarının hamısının işinə təsir edə bilər.
O da qeyd olunur ki, Ağ ev yaxın zamanda kibermüdaxilə barədə rəsmi açıqlama yaymaq fikrindədir.
/Anspress/