6 İyun 2015 08:15
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakerlər ABŞ-ın dövlət qulluqçularının məlumat bazasını sındırıb və ən azı 4 milyon əməkdaş barədə informasiya ələ keçiriblər. Bu barədə Associated Press agentliyi məlumat yayıb.

Hadisənin araşdırılması ilə Federal Təhqiqatlar Bürosu məşğul olur. Adının çəkilməsini istəməyən mənbənin məlumatına əsasən, bu hadisə ABŞ-ın bütün federal agentliklərinə toxuna bilər.

ABŞ administrasiyasının plan-administrasiya idarəsi sonradan araşdırılması üçün dövlət qulluqçuları barədə şəxsi məlumatlar toplayır və federal səviyyədə aparılan təhqiqatlara dair informasiyasının 90 faizini özündə saxlayır.

Keçən ilin noyabr ayında Daxili Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı digər bir haker hücumu barədə məlumat vermişdi. O zaman hakerlər nazirliyin 25 min əməkdaşı və federal idarələrin digər qulluqçuları barədə informasiyaya giriş əldə etmişdilər.

Hazırda nazirlikdə hadisə və onun mümkün nəticələri ilə bağlı məlumatların analizi davam edir


Müəllif:

Oxşar xəbərlər