Çinin Quygou və Xubey əyalətlərində yağan şiddətli yağışlar nəticəsində 31 nəfər həlak olub, 7 nəfər itkin düşüb.
Çin Mülki Məsələlər Nazirliyinin məlumatına görə, bir neçə gün davam edən şiddətli yağışların törətdiyi fəsadlardan ümumilikdə təxminən 2,37 milyon nəfər zərər çəkib, 170 min nəfər evakuasiya edilib, 25 min ev qismən və ya bütövlükdə dağılıb.
Hər iki əyalətdə yağış suları daşqın, torpaq sürüşməsi və digər təbii fəlakətlərə səbəb olub./Azərtac