7 İyun 2015 12:25
2 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə parlament seçkilərində səsvermə davam edir. Ölkə daxilində 53 765 231 seçicinin iştirak edəcəyi səsvermə saat 17:00-da başa çatacaq.

Yeni hökumətin tərkibinə daxil olmaq uğrunda 20 siyasi partiya mübarizə aparır: Anadolu Partiyası, Ədalət və İnkişaf Partiyası (AKP), Müstəqil Türkiyə Partiyası (BTP), Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiya (DP), Demokratik Sol Partiya (DSP), Xalqın Qurtuluş Partiyası, Xalqın Demokratik Partiyası (HDP), Kommunist Partiyası, Milliyətçi Hərəkat Partiyası (MHP), Səadət Partiyası (SP), Vətən Partiyası, Haq və Özgürlüklər Partiyası, Mərkəz Partiyası, Liberal Demokrat Partiya (LDP), Doğru Yol Partiyası (DYP), Yurd Partiyası, Toplumsal Uzlaşma, Reform və İnkişaf Partiyası və Haqq və Ədalət Partiyası.

165 müstəqil namizəd millət vəkili adı uğrunda yarışır.

Seçkilərdə əsas mübarizənin hakim AKP (Ədalət və İnkişaf Partiyası) ilə CHP (Cumhuriyyət Xalq Partiyası) arasında gedəcəyi hesab edilir. 2011-ci ildə Türkiyədə keçirilmiş parlament seçkilərində AKP seçicilərin 46,66 faiz, CHP 20,85 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) isə 14,29 faiz səsini toplamışdı.

AKP-nin daxili nizamnaməsinə əsasən, partiya seçkilərdə qalib gələrsə, hakim partiyanın indiki deputatlarının 70-dən çoxu yeni hökumətin tərkibinə daxil ola bilməz. Çünki partiya üzvlərinin parlamentə 3 müddətdən artıq seçilmək hüququ yoxdur.

Həmin deputatlar arasında Baş nazirin müavinləri Bülənt Arınç, Bəşir Atalay və Əli Babacan, sabiq ədliyyə naziri Bəkir Bozdağ, partiya sədrinin müavini Hüseyn Çelik, energetika və təbii sərvətlər naziri Taner Yıldız, xarici işlər naziri Mövlud Çavuşoğlu var. /Ans/


Müəllif:

Oxşar xəbərlər