Avropaya qeyri-qanuni yollarla keçməyə çalışan 3500 immiqrant sahil təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Liviya ilə İtaliya arasında Siciliya kanalında qalan immiqrantlar Almaniya, İrlandiya, İngiltərə, İtaliya kimi ölkələrin həyata keçirdikləri əməliyyatla xilas ediliblәr.
Qeyd edək ki, əvvəlki gün xilas edilən 650 immiqrant isə sabah Palermoya göndәrilәcәk.