Bu gün Türkiyə Böyük Millət Məclisinə növbəti seçkilər keçirilib. Ankara vaxtı ilə saat 08.00-da başlanan səsvermə 17.00-da başa çatıb.
Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən xəbərinə görə, ölkə daxilində, xaricdə və gömrük-keçid məntəqələrində səsvermənin yekunlarına dair ilkin məlumatları açıqlayıb.
Ankara vaxtı ilə 21.30-da yayılmış məlumatlarda bildirilir ki, artıq bütün seçki qutularının təxminən 95 faizi açılıb. Ədalət və İnkişaf Partiyası səslərin təxminən 41,2 faizinə sahib olmaqla irəlidədir. Cümhuriyyət Xalq Partiyası səslərin 25,25 faizini, Millətçi Hərəkat Partiyası isə 16,6 faizini toplayıb. Xalqların Demokratik Partiyası isə seçicilərin təxminən 12,2 faizinin etimadını qazana bilib.