8 İyun 2015 11:44
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dünən baş tutan parlament seçkilərində səslərin 99,99 faizi hesablanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ilkin nəticələrə görə, Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 40,86 faizini toplayaraq, birinciliyini qoruyub.

Cümhuriyyət Xalq Partiyası (CHP) 24,96 faiz səslə ikinci, Milliyətçi Hərəkat Partiyası (MHP) 16,29 faiz səslə üçüncü, Xalq Demokratik Partiyası (HDP) isə 13,12 faiz səslə dördüncü yerdə qərarlaşıb.

Bununla AKP parlamentdə 258, CHP 132, MHP və HDP isə hər biri 80 millət vəkili ilə təmsil olunacaq. Seçkilərdə ümumi 47 milyon 462 min 695 nəfər səs verib. Bu səslərdən 46 milyon 131 min 968-i etibarlı, 1 milyon 330 min 727-i isə etibarsız sayılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər