11 İyun 2015 21:36
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Dövlətinin dünya miqyaslı ambisiyalara malik olduğunu deyən, Avstraliyanın baş naziri Asiya-Sakit okean bölgəsi ölkələrini cihadçı qruplaşmaya qarşı mübarizəyə səsləyib.

Tony Abbott bu bəyanatla 25 bölgə ölkəsinin iştirakı ilə Sidneydə keçən regional təhlükəsizlik konfransında çıxış edib. Tədbirə həmçinin Google, Facebook, Twitter və digər şirkətlərin nümayəndələri də qatılıblar.

Tony Abbott deyib ki, "Təslim ol ya öl!" messajını verən İD qruplaşması ilə danışıqlar aparmaq mümkün deyil və ona qarşı yalnız vuruşmaq olar. Avstraliya 100-dən artıq vətəndaşının İraq və Suriyadakı cihadçı qrupunun sıralarında olduğunu bildirir.

Koalisiya qüvvələrinin hava hücumlarına rəğmən İD İraq və Suriyada bir neçə mühüm məntəqəni ələ keçirməyə nail olub.


Müəllif:

Oxşar xəbərlər