Aİ daxili işlər nazirləri Aralıq dənizində miqrant böhranına qarşı mübarizə yollarını müzakirə edəcək. İtaliya, razılığın əldə olunmayacağı təqdirdə, ciddi tədbirlər görəcəyini bildirib.
Lüksemburqda keçirilən danışıqlarda əsas mövzu sığınacaq axtaranların 28 Aİ dövləti arasında bölüşüdürülməsi planıdır. Baş nazir Matteo Renzi bildirib ki, razılıq əldə olunmayacağı təqdirdə, İtaliya “B planını” həyata keçirəcək ki, bu da Avropaya “zərər” yetirə bilər.
Böhran İtaliya, Yunanıstan və Malta resurslarını gərginlikdə saxlayır.
Təxminən 60 min, əsasən Liviyadan olan mühacirin Aİ ölkələri arasında bölüşdürülməsi planını, Almaniya və Avstrya da daxil olmaqla, bəzi Aİ ölkələri dəstəkləsə də, digərləri hesab edir ki, miqrantlar məskunlaşmaq istəmədikləri ölkələrə zorla göndərilməməlidirlər.
Britaniya, Danimarka və İrlandiyanın kvota planından bəzi güzəştləri var. İndiyə qədər Aralıq dənizində 1800 nəfərdən çox miqran həlak olub. Bu, 2014-cü illə müqayisədə 20 dəfə çoxdur.
Əksəriyyət münaqişədən əziyyət çəkən Liviyadan çürük və darısqal qayıqlarda səfərə çıxıb. Son həftələr ərzində dəniz qüvvələri minlərlə insanı xilas etməyi bacarıb. Lakin xilas olmuş miqrantların Avropa ölkələri arasında bölüşdürülməsi və qaçaqçı şəbəkəsini dağıtmaq planları hələ müzakirə edilir.