18 İyun 2015 20:42
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziya hökumətinin nümayəndələri yük tankerini göyərtəsində 22 ekipaj üzvü ilə birgə ələ keçirən piratlarla danışıqlar aparır. Bu barədə jurnalistlərə Malayziyanın Hərbi Dəniz Qüvvələrinin komandanı Tan Sri Əbdül Cəfər məlumat verib.

Hərbçilər Kambocanın ərazi sularında aşkar edilən gəmidəki piratları təslim olmaq üçün inandırmağa çalışır. Malayziyanın Sahil Mühafizəsi Xidmətində qaçırılan gəminin ekipaj üzvlərinin sağ-salamat olduqları təsdiqlənib.

Malakkadan Kuantan limanına 6 min ton benzin aparan Malayziyaya aid tankerlə əlaqə iyunun 11-də kəsilmişdi. Hadisə zamanı gəminin göyərtəsində 22 nəfərlik komanda - Malayziya, İndoneziya, Myanma vətəndaşları olub. Malayziya Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi Xidməti bir neçə gün davam edən axtarış-xilasetmə əməliyyatlarından sonra tankeri adı dəyişilmiş və rənglənmiş halda Kamboca sahillərində aşkar edib.

Bu region dənizçilik üçün ən təhlükəli yeridir. Beynəlxalq Dəniz Bürosunun məlumatına görə, Cənub-Şərqi Asiyada neft tankerlərinə pirat hücumu orta hesabla iki həftədən bir qeydə alınır. 2015-ci ilin birinci kvartalında dünya üzrə pirat hücumlarının təxminən 70 faizi bu regionda baş verib.


Müəllif:

Oxşar xəbərlər