22 İyun 2015 15:18
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan paytaxtında parlamentin binasına hücumu “Taliban” hərəkatının yeddi üzvü həyata keçirib. Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi onların hamısının xüsusi təyinatlı qüvvələr tərəfindən öldürüldüyünü bildirib

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, parlamentin aşağı palatasının paytaxtın Darul Aman məhəlləsində yerləşən binasına hücum bu gün yerli vaxtla saat 10:20-də edilib. Otuz dəqiqə ərzində bir-birinin ardınca doqquz partlayış törədilib, həmçinin küçədə minalanmış avtomobil partladılıb. Yaraqlılar və mühafizəçilər arasında döyüş başlayıb. Daha sonra xüsusi təyinatlı dəstələr köməyə yetişib.

Parlament binasındakı deputatlar və jurnalistlər arasında zərər çəkən olmayıb. Yerli KİV hücum zamanı 21 nəfərin, o cümlədən beş qadın və üç uşağın yaralandığı barədə məlumat yayıb.


Müəllif:

Oxşar xəbərlər