“İslam dövləti” qruplaşması Qafqaz silahlılarından bu qruplaşmanın ünvanına sədaqət andı aldıqlarını bəyan edib.
Bu ilk dəfədir ki, qruplaşma Qafqaz regionundan olan cihadçıları öz sıralarında alqışlayıb. “İslam dövləti”-nin internetdə yerləşdirdiyi audio mesajda naməlum silahlı Çeçenistan, Dağıstan, İnquşetiya və Kabarda-Balkariya silahlıları adından qruplaşmaya sədaqət andı içir.
O, deyir ki “biz bu qərara yekdilliklə gəlmişik və bizim aramızda bununla bağlı heç bir narazılıq yoxdur”.
Qafqazda yerləşən əsas cihadçı təşkilat kimi tanınan “Qafqaz Əmirliyi” qruplaşmasından hələlik bununla bağlı heç bir reaksiya yoxdur.
Bu qruplaşma keçmişdə “İslam dövlətinin” əleyhinə bəyanatlar vermişdi.