28 İyun 2015 01:22
3 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına etiraz əlaməti olaraq aksiya keçirənlər prezident Serj Sərkisyanın bəyanatına bazar günü axşam cavab verəcək və növbəti addımlarını açıqlayacalar.

Teleqraf.com-un xəbərinə görə, bu barədə dünən axşam "Talana son" ictimai hərəkatının təşkilatçılarından olan Vainyak Şuşayan bildirib.

Qeyd edək ki, Serj Sərkisyan "Ermənistan elektrik şəbəkəsi"ndə audit başa çatana qədər elektrik enerjisinin bahalaşması ilə əlaqədar xərcləri hökumətin öz üzərinə götürə biləcəyini açıqlayıb. Ermənistan prezidenti həmçinin yoxlamanın nəticələrinə əsasən, elektrik şəbəkəsinin milliləşdirilməsinin mümkünlüyünü də istisna etməyib.

Şuşanyan isə deyib ki, məhz xalq sonrakı addımlar barədə qərar qəbul etməlidir. Ona görə də təşkilatçılar əhalini səfərbər edir və vətəndaşları bu gün saat 18.00-da Marşal Baqramyan küçəsində keçiriləcək nümayişə çağırır.

Nihad


Müəllif:

Oxşar xəbərlər