29 İyun 2015 09:51
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sibir vilayətinin Omsk şəhərindən fəaliyyət göstərən "Naş Otvet" (Cavabımız) adlı qeyri-hökumət təşkilatı Qərbin sanksiyalarına qarşılıq vermək üçün xüsusi tualet kağızları istehsal edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, tualet kağızlarının üzərində sanksiya qərarları, məhsulun paketində isə ABŞ, İngiltərə və Almaniya liderlərinin şəkilləri yer alıb.

Təşkilatın liderlərindən olan Kirill Kolyaşin verdiyi açıqlamada bu xüsusi tualet kağızıyla Qərbə etiraz mesajı verməyi və Rusiyanın xarici siyasətini dəstəkləməyi qarşısına məqsəd qoyduqlarını söyləyib: “Mən və həmkarlarım bu məsələdə Rusiya rəhbərliyinin xarici siyasətini dəstəkləyirik. Qərb liderlərinə də bu mesajı vermək istəyirik ki, təkcə rəhbərlik deyil, ölkə vətəndaşları da sanksiyalara qarşıdır".

Kolyaşin tualet kağızlarını ABŞ, Almaniya və İngiltərə Moskva səfirliklərinə də göndərdiklərini deyib.
Təxminən min ədəd istehsal olunan tualet kağızının dəyəri 990 rubl göstərilir.

Samir


Müəllif:

Oxşar xəbərlər