Çinin mərkəzi və cənub hissələrində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 28 nəfər həyatını itirib, onlarla yerli sakin itkin düşüb. Rəsmilər 100 evin dağıldığını, 200-dən çox yaşayış məntəqəsinin sel sularına təslim olduğunu bildiriblər.
Hazırda ölkəyə dəyən zərər 50 milyon dollar həcmində göstərilir.
Samir