2 İyul 2015 09:17
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına rəqib kimi göstərilən Ceyş-il İslam qruplaşması internetdə yeni görüntülər yayımlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçular bu dəfə İŞİD-in 13 döyüşçüsünü edam ediblər. Edamın harada həyata keçirildiyi məlum deyil.

Ən diqqət çəkən məqam İŞİD-dən fərqli olaraq, edam edilənlərin qara, cəlladların isə narıncı geyim geyinməsi olub. İŞİD terrorçuları başından atəş açılaraq, öldürülüb.

Samir


Müəllif: