7 İyul 2015 08:50
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda Astana Günü qeyd olunur. Bu il paytaxtın 17 illiyi bayramının əsas mövzuları əlamətdar yubiley tarixləridir: Qazax xanlığının 550 illiyi, Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi. Paytaxt Gününün əsas devizi isə belədir: "Ölkənin ürəyi Astanadır".

Astana Günü bayramı ərəfəsində Türkiyənin tanınmış dövlət xadimi və 11-ci Prezidenti Abdullah Gül Beynəlxalq Türk Akademiyasında olub.

Abdullah Gül ölkənin tanınmış alimləri, dövlət və ictimai xadimləri ilə görüşüb. O, bütün türk dünyasının elmi inteqrasiyasında akademiyanın mühüm rolu olduğunu vurğulayıb və səmərəli fəaliyyətinə görə akademiyanın rəhbərliyinə minnətdarlığını bildirib. Prezident deyib: "Beynəlxalq Türk Akademiyası Astanada yerləşsə də, türkdilli ölkələrin bütün elm aləmini əhatə edir və tənzimləyir. Qısa müddət ərzində o, çox genişmiqyaslı iş aparıb".

Qeyd edək ki, 2010-cu il mayın 25-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev və o zaman Türkiyənin Prezidenti olan Abdullah Gül təntənəli şəraitdə Beynəlxalq Türk Akademiyasını açmışdılar. Keçən il Türk Akademiyasına beynəlxalq statusun verilməsi haqqında sazişi də A.Gül imzalayıb.


Müəllif: