10 İyul 2015 17:59
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisi tariflərinin qaldırılması ilə əlaqədr keçirilən etiraz aksiyasında ilk dəfə hakimiyyətin istefası çağırışları səslənib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, əvvəllər etirazçılar tələblərinin sırf sosial xarakter daşıdığını qeyd ediblər.

Ancaq bu gün Azadlıq meydanında keçirilən mitinqdə etiraz hərəkatı koordinasiya qrupunun üzvü Qaqik Yeqiazaryan bəyan edib ki, nəticələrə qarşı deyil, səbəblərə qarşı mübarizə aparmaq lazımdır. Onun sözlərinə görə, əsas səbəb hakim rejimin yeritdiyi məsuliyyətsiz, talançı, antimilli siyasətidir: “Biz mübarizəmizi talana qarşı deyil, talançılara qarşı yönəltməliyik”.

Azadlıq meydanında keçirilən mitinqdə təxminən 300 adam iştirak edib. Bu səbəbdən əvvəlcədən planlaşdırılan prezident iqamətgahına yürüş baş tutmayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər