Vyanada İranın nüvə proqramında gecə sürən danışıqların ardınca müzakirələr bu gün davam etdirilir.
"Report"Amerikanın Səsinə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Con Kerri bazar günü səhər İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşün müsbət nəticələndiyini bildirib.
"Fikrimcə, əsl qərarlar verməyə yaxınlaşırıq. Bəzi mürəkkəb məsələlər var və mən ümidli qalmağa davam edirəm"-deyə Con Kerri Vyanada otelin qarşısında toplaşan jurnalistlərə açıqlama verib.
Bundan sonra ABŞ dövlət katibi son iki həftə danışıqların aparıldığı palas Koburq (Palais Coburg) otelinlə qayıdıb. P5+1 qrupuna daxil olan ölkələr Tehranın nüvə proqramını məhdudlaşdırılması müqabilində İrana qarşı sanksiyaların yüngülləşdirilməsini nəzrədə tutan kompromis üzərində işləyir.
Fransanın Xarici İşlər naziri Loren Fabius bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin başısı ilə danışıqlara qatılıb. "Mən üdmi edirəm ki, biz danışıqlar marafonunun son mərhələsinə daxil oluruq"-deyə o bildirib.
Tərəflər danışıqlar üçün iyulun 13-ə qədər son möhlət qoyub.
Danışıqlarda iştirak edən Avropa İttifaqının xarici siyasət şöbəsinin başçısı Federika Mogerini bazar günü səhər bildirib ki, müzakirəçilər həlledici mərhələyə daxil olub.