13 İyul 2015 10:32
400

Əfqanıstanın Xost vilayətinin şərqində ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin Çapman düşərgəsinin yaxınlığında partlayış baş verib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, hadisə zamanı ən azı 17 nəfər həyatını itirib. Rəsmilər ölənlərin yerli qüvvələrə məxsus əsgərlər olduğunu bildiriblər.

Hələlik hadisəyə görə məsuliyyəti heç bir qrup üzərinə götürməyib.

Samir


Müəllif:
Загрузка...