14 İyul 2015 08:05
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrozona liderlərinin Brüsseldə 17 saatdan çox davam edən təcili sammitində Afinanı valyuta blokunun tərkibində saxlayıb- saxlamamaq məsələsi müzakirə olunub.

Danışıqlar, iştirakçıların fikrincə, çox ağır keçib, hətta Finlandiya və Almaniyanın çox sərt mövqe tutması üzündən müəyyən məqamda onların sıralarında parçalanma da olub. Mətbuatın verdiyi məlumata görə, məhz Almaniyanın maliyyə naziri Yunanıstanı beş il müddətinə Avrozonanın tərkibindən çıxarmağı təklif edib.

Lakin nəticədə Afinanın xilas edilməsi üzrə yeni ssenari qəbul olunub. AFR-in kansleri, Fransanın Prezidenti və Avropa Şurasının sədri Yunanıstanın baş naziri ilə məsləhətləşmələr apardıqdan sonra güzəştli qərar çıxarılıb. Söhbət üç il ərzində Avropa Sabitləşdirmə Fondundan 86 milyard avro ayrılmasından gedir.

Yunanıstanın baş naziri Aleksis Sipras deyib: "Bugünkü saziş ölkə üçün ağır sazişdir. Lakin biz dövlət mülkiyyətinin xaricə verilməsindən, maliyyə sıxıntısından və bank sisteminin dağılmasından yaxa qurtara bildik. Yunanıstanın Avrozonadan çıxması məsələsi keçmişdə qaldı".

Almaniya kansleri Angela Merkel deyib: "Yunanıstan hökuməti razılığa gəldiyimiz bütün məsələləri həyata keçirmək üçün məsuliyyəti öz üzərinə götürməlidir. Bu məsələlərin yerinə yetirilməsi şərtilə geniş islahatlar aparılması Yunanıstanın öz iqtisadiyyatını bərpa etməsinə imkan verəcək. Biz bir daha qeyd edirik ki, borcların silinməsi bizim üçün qeyri-məqbuldur".

Fransa Prezidenti Fransua Olland deyib: "Yunanıstan Avrozonanı tərk etsəydi, bizə nə deyərdilər? Avrozona öz tamlığını və birliyini təmin edə bilmir? Yunanlar haqqında nə düşünərdilər? Onlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər? Bu, Fransanın və Almaniyanın imicinə necə təsir göstərərdi? Avrozona geriyə addım atmış olardı".

Bununla belə, Aleksis Siprasın tərəfdarlarının heç də hamısı danışıqların nəticəsindən razı deyil. Onun "Siriza" partiyasından olan deputatların bir hissəsi mətbuatda artıq yunan xalqına qarşı "cinayətlər siyahısına" daxil edilmiş yeni sazişi dəstəkləmir.


Müəllif:

Oxşar xəbərlər