Uçuşa hazırlaşan təyyarədə baş verən nasazlıq ucbatından 100-dən artıq sərnişin Lissabon hava limanında ilişib qalıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, reys təxirə salındığı üçün sərnişinlər 5 saatdan çox beynəlxalq hava limanında növbələrə düzülüb.
“Lufthansa” şirkətinə məxsus təyyarənin mühərrikində nasazlıq yaranıb və pilot sərnişinləri təyyarədən düşürtməli olub. Heç kəs xəsarət almasa da, reys bərpa olunmayıb və 100-dən çox insan hava limanında qalıb. Artıq bir neçə saatdır ki, onların reysi bərpa olunmayıb.