17 İyul 2015 18:59
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Çattanuqa şəhərində iki hərbi düşərgəyə hücum olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı 5 nəfər həyatını itirib, 3-ü isə yaralanıb. Ölənlər arasında təcavüzkarlardan birinin də olduğu bildirilib.

Məhəmməd Yusif Əbdüləziz adlı silahlının polis tərəfindən öldürüldüyü açıqlanıb.

Faktla bağlı şəhər polisində araşdırmalara başlanıb. Əbdüləzizin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə əlaqəli olduğu iddia edilir.

Samir


Müəllif: