ABŞ-da hərbi obyektlərin mühafizəsinin gücləndirilməsi üçün əlavə tədbirlər görülüb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, bu, Çattanuq şəhərində baş verən atışma ilə əlaqədardır.
Qeyd edək ki, hadisə ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzində baş verib. Atışma zamanı ABŞ-ın 4 dəniz piyadası öldürülüb. Daha bir hərbi dənizçi aldığı yaradan dünən xəstəxanada həlak olub. Hücumun motivi bəlli deyil. Hərbçilər Küveyt əsilli 24 yaşlı ABŞ vətəndaşı Məhəmməd Yusif Əbdüləziz tərəfindən güllələnib. Hadisə ilə bağlı təhqiqat aparılır. ABŞ hökuməti hadisəni terror aktı kimi dəyərləndirib.
Nihad