19 İyul 2015 02:01
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi terror təşkilatının media ofislərinə göndərdiyi vəhşi edam görüntülərinə qadağa qoyub.

Bağdadinin bu qərarı İŞİD terror qruplaşmasını ikiyə bölüb.

Suriyalı jurnalistlər və media fəalları tərəfindən qurulan aranews.net adlı internet saytının verdiyi xəbərə görə, Bağdadinin qərarının ardında edam videolarının uşaqları qorxutduğunu düşünən digər müsəlmanları incitməmək fikri olduğu bildirilir.

Xəbərdə Bağdadinin qərarının İŞİD-də fikir ayrılığına gətirdiyi qeyd olunur.

Tərəflərdən biri qəfəsdə boğma, yüksək binadan atma, baş kəsmə kimi videoların IŞİD-in imicinə zərər verdiyini düşünür. Digər tərəf isə bu görüntülərin təşkilata faydalı olduğunu bildirir.

Qeyd edək ki, ABŞ-ın komandanlığı altında koalisiyanın hava zərbələrindən bu yana Bağdadidən xəbər yox idi. İraq Daxili İşlər Nazirliyi aprel ayında Bağdadinin koalisiyanın raket zərbəsindən ağır yaralandığını bildirmişdi. Lakin bu xəbərdə öz təsdiqini tapmamışdı./ANS/


Müəllif:

Oxşar xəbərlər