29 İyul 2015 09:43
1 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror təşkilatı "İŞİD"in lideri Əbubəkr Əl Bağdadi toy hədiyyəsi olaraq qadın başının kəsilməsinə icazə verib.


Teleqraf.com "The Daily Mail"ə istinadən xəbər verir ki, təşkilatdan qaçan, şəriət məhkəməsinin keçmiş əməkdaşı Lina şok sözlər açıqlayıb. O, İŞİD-in lideri Əbubəkr Əl Bağdadinin toylarda hədiyyə olaraq qadın başının kəsilməsinə icazə verdiyini deyib.


Linanın danışdıqlarına görə, əri cəbhədə ölən qadın hakimlərdən biri Bağdadidən ona yeni ər tapmasını tələb edib. Qadın həmçinin toy hədiyyəsi kimi bir kafirin başını istəyib. Ancaq İŞİD lideri qadınların, kişilərin öldürülməsini tələb etmək hüququna malik olmadığını deyərək əvəzində casusluq etməklə günahlandırılan digər bir qadın hakiminin başını kəsməyi təklif edib.

Lina "Hanse" adı verilən qadın şəriət məhkəməsində ən azı 5 Böyük Britaniya vətəndaşının işlədiyini bildirib.


Rüstəm


Müəllif:

Oxşar xəbərlər