30 İyul 2015 16:03
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatı Ankaradan Tehrana gedən qatara hücum edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular tərəfindən dəmir yoluna döşənən mina Ankara - Tehran qatarının keçidiyi zamanı uzaqdan idarə olunan pultla partladılıb.

Polisin verdiyi məlumata əsasən partlayış "Suveren" və "Gənc" stansiyasıları arasında olub.

Hadisədə xəsarət alan olmayıb. Sərnişin qatarı yoluna davam edib. Hadisə yerinə isə çoxlu sayda təhlükəsizlik qüvvəsi göndərilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər