1 Avqust 2015 14:46
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə su istədiyi üçün mübahisə etdiyi dayısını ağır yaralayan Necla Şahin həbs olunub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, reanimasiyada saxlanılan Müzəffər Gürsoy həyatını itirib.

Bir müddət əvvəl həyat yoldaşını itirən 65 yaşlı Müzəffər Gürsoy, qardaşı uşaqları ilə qalmağa başlayıb. Xəstəliyi səbəbi ilə yatağa məhkum olan Gürsoy ilə qardaşı qızı Necla Şahin (37) arasında mübahisə yaranıb.

Hadisə günü dayısı ilə su istədiyi üçün dava edən Necla Şahin, əlinə keçən stul ilə Müzəffər Gürsoyu vurmağa başlayıb.

Ağır yaralanan Gürsoy xəstəxanaya yerləşdirlib. Bir ay xəstəxanada müalicə alan Müzəffər Gürsoy həyatını itirib.

Məhkəmədə dayısıyla tez-tez mübahisə etdiklərini deyən Necla Şahin həbs edilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər