1 Avqust 2015 22:09
3 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Şimali İraqda separatçı terror təşkilatı PKK-ya qarşı növbəti hava əməliyyatını həyata keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK tərəfindən şəhid edilən hərbçi Ömər Kağan Kandemirin adı verilən əməliyyatın gedişatında PKK-nın liderlərindən biri və PKK-nın İran qolu sayılan PJAK-ın 2 qadın üzvü məhv edilib.


Koordinatları yüksək dəqiqliklə müəyyən olunan və sıfır səhv ilə həyata keçirilən əməliyyatlarda ağıllı bombalardan istifadə edilib. Hərbi səlahiyyətlilər əməliyyatlarda mülki vətəndaşların hədəf alınmadığını, bununla bağlı iddiaların isə tamamilə yalan və PKK terror təşkilatının dezinformasiyası olduğunu açıqlayıb.


Müəllif:

Oxşar xəbərlər