2 Avqust 2015 01:59
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnterpol Mixail Saakaşvili haqqında axtarış elan etməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru məlumat verib.

Məlumatda bildirilir ki, Mixail Saakaşvili haqqında İnterpolda axtarış elan etmək İnterpol Konstitusiyasına və İnterpolun qaydalarına ziddir. Lakin baş prokuror yenidən müraciət etmək niyyətində olduqlarını bəyan edib.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko bu ilin mayında Saakaşvilini Odessa vilayətinə qubernator təyin edib. Həmçinin ona Ukrayna vətəndaşlığı verilib.

Xatırladaq ki, Mixail Saakaşvili Gürcüstanda 2004-cü ilin yanvarından 2007-ci ilin noyabrınadək və 2008-ci ilin yanvarından 2013-cü ilin noyabrınadək prezident olub. Hakimiyyətdən getdikdən sonra onun haqqında cinayət işi açılsa da, keçmiş prezident haqqındakı ittihamları rədd edir.


Müəllif:

Oxşar xəbərlər